!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cavidanın narazılığına Əməkdar artistdən REAKSİYA: ”Ucuz reklama ehtiyacım yoxdur”

!Reklam – Yazi

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruzla əməkdar artist Nicat Kazımov arasında inciklik yaşanıb.

Buna səbəb atasının ölümündən bir neçə gün sonra Akademik Milli Dram Teatrında atasının “Filumena Marturano” tamaşındakı rolunun N.Kazımov tərəfindən oynanılması olub. Cavidan həmin ərəfədə tamaşanın göstərilməsini uyğun saymayıb: “Normalda tamaşa göstərilməməli idi, amma göstərilirdisə, atamın adı çəkilməli idi. Böyük xəyal qırıqlığı yaşadım”.

Əməkdar artist, tanınmış aktyor Nicat Kazımov Yenicag.az-a açıqlamasında qarşı tərəfin barəsində danışdıqlarına cavab vermək istəmədiyini və buna vaxtı olmadığını bildirib. O, həmçinin ucuz reklama ehtiyacı olmadığını deyib:

“Mənim ona cavab verməyə də vaxtım yoxdur. Deyib, canı sağ olsun, çox sağ olsun. Mənim ucuz reklam dalınca qaçan vaxtım deyil. Nə də belə ucuz reklam dalınca qaçan yaşda da deyiləm. Getsin, özünü reklam etsin, mənlik deyil”.

Cəvahir

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv