!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu Macarıstana səfər edəcək

!Reklam – Yazi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-ə planlaşdırılan səfər Macarıstan xarici işlər və ticarət nazir Peter Siyartonun dəvəti ilə baş tutacaq.

“Görüşlər zamanı strateji tərəfdaşımız və müttəfiqimiz Macarıstanla ikitərəfli münasibətlərimizin müzakirəsi, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Səfər çərçivəsində nazir Çavuşoğlunun Macarıstanın Baş naziri Viktor Orban tərəfindən də qəbul ediləcəyi gözlənilir. Antalya Diplomatiya Forumu ilə Macarıstan Xarici Əlaqələr və Xarici Ticarət İnstitutunun birgə təşkil etdiyi paneldə nazir Çavuşoğlu da çıxış edəcək””, – Türkiyə XİN-dən bildirilib.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv