!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu: “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır, Kılıçdaroğlu, dərdin nədir?”

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyan belə, “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyir. Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu – red), sənin dərdin nədir?”

Yenicag.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Niyə Azərbaycanı çıxdaş etmək istəyirsən?”

Nazir vurğulayıb ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun televiziyadakı çıxışında təqdim etdiyi layihə Azərbaycandan yan keçib:

“Kılıçdaroğlu, sən can Azərbaycandan nə istəyirsən? Azərbaycanlı qardaşlarımızla problemin nədir? Can Azərbaycan torpaqlarını işğaldan azad edərkən “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərdən başqa nəsə gözləmək olarmı? Gözləmək olmaz”.

Çavuşoğlu qeyd edib ki, türkdilli ölkələrin yolu birlikdən keçir.

“Türkün yolu Türk Dövlətləri Təşkilatından keçir. Türk Dövlətləri Təşkilatını qurub bütün türk dövlətlərini birləşdirdik”, – Çavuşoğlu deyib.

“Türkün yolu qədim türk yurdu, şəhid qanıyla suvanmış Şuşadan, Cəbrayıldan, Zəngəzurdan keçir”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib./Report/

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv