Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çavuşoğlu Qaşıqçının qətli ilə bağlı bəzi təfərrüatları açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalist Camal Qaşıqçının cəsədinin musiqi sədaları altında hissələrə bölündüyünü hesab edir.

Yenicag.az xəbər verir ki, nazir bu barədə “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Mən səs yazılarını dinləmişəm. Onu 7 dəqiqə ərzində qətlə yetiriblər. Cinayət qəsdən törədilib. Səs yazısında aydın eşidilir ki, məhkəmə tibb eksperti digərlərinə cəsədi parçalayan zaman musiqiyə qulaq asmalı olduqlarını deyir”, – deyə Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini də deyib.

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik kompleksdən çıxarıldığını etiraf etmişdi.

Loading...

www.yenicag.az

4336
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100