“Bütün son 44 gün ərzində Türkiyənin Azərbaycan xalqının mücadiləsinə verilən dəstəyini gördük, hiss elədik. Mənim əziz dostum, qardaşım Mövlud bəy (Türkiyənin XİN başçısı Mövlud Şavuşoğlu – red.) bu qısa müddətdə 5 dəfə Azərbaycanda oldu. Bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.