!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çavuşoğlu: "Ukrayna müharibəsi onilliklərlə uzana bilər"

!Reklam – Yazi

Ukraynada vəziyyət onilliklərlə uzana bilər. Vəziyyət bu və ya digər şəkildə döyüş meydanında uğur qazanmaqla deyil, danışıqlar masası arxasında nizamlanacaq.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya və Ukrayna XİN rəhbərlərinin Antalyada keçirilən görüşü və onların nümayəndə heyətlərinin İstanbulda təkbətək görüşündən sonra tərəflər atəşkəslə bağlı razılaşmalara yaxın idi. Lakin sonra tərəflər dialoqdan uzaqlaşdılar. Bu gün şərtlər martda olanlardan ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha mürəkkəbdir, amma ümidimizi itirməməliyik”, – o bildirib.

Çavuşoğlu qeyd edib ki, Ukraynaya hərbi yardım artdıqca, qarşıdurmanın onilliklər boyu uzana bilməsi təhlükəsi yaranır./Azar.az/

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv