Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı

Reklam: High Technic
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Yenicag.az Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.

Həmçinin Gürcüstan baş nazirinin müavini – xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşü keçiriləcək.

M.Çavuşoğlunun gürcüstanlı həmkarı ilə ikitərəfli görüşü də olacaq. Danışıqlarda ölkələr arasında münasibətlər və regional məsələlərlə bağlı proseslər, həmçinin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə olunacaq.

Loading...

www.yenicag.az

116