!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çaxoyan Serj Sarkisyanı TƏNQİD ETDİ: "ABŞ, Rusiya və Fransa prezidentlərinə məktub özünü göstərmək üçün ucuz hərəkətdir"

!Reklam – Yazi

“Serj Sarkisyanın ABŞ, Rusiya və Fransa prezidentlərinə məktubu sadəcə vətənpərvər kimi görünmək üçün ucuz hərəkətdir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Facebook səhifəsində yazıb.

“Bayden, Putin və Makronun Serj Sarkisyanın məktubundan Laçın yolunun bağlı olduğunu öyrəndiyini düşünmək ən azı sadəlövhlükdür.

Məktubun məzmunu dedi-qoduya çevrilməsəydi və ucuz daxili siyasi spekulyasiyaya cəhd edilməsəydi, Serj Sarkisyanın Qarabağdakı “humanitar fəlakəti” dayandırmaq çağırışı müsbət qarşılana bilərdi.

Serj Sarkisyanın ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktubu sadəcə populist addım idi. Məqsədi Ermənistanın indiki hakimiyyətini tənqid etmək və özünü vətənpərvər kimi təqdim etmək idi”, – Çaxoyan yazır.

Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub ünvanlayaq, “blokada şəraitində” yaşayan Qarabağ erməniləri üçün kömək istəyib.

Məsimə

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv