!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çaylarda bu da TAPILDI: “Təmizləmək üçün...” - EKOLOQ

!Reklam – Yazi

İngiltərədə aparılan araşdırmada bütün dünyada çayların dərmanlarla çirklənməsinin qlobal insan sağlamlığını təhdid etdiyini ortaya çıxarıb.

Yenicag.az həmin araşdırmanı və “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin mövzuya münasibətini oxuculara təqdim edir.

Belə ki, araşdırmanı həyata keçirən York Universiteti 100-dən çox ölkədə monitorinq keçirərək mindən artıq sınaq yerindən su nümunələri götürüb. Bu, qlobal miqyasda ən əhatəli tədqiqatlardan biri deməkdir.

Nümunə götürülmüş 258 çayın dörddə birindən su orqanizmləri üçün təhlükəli olan “aktiv əczaçılıq inqrediyentləri” kimi tanınan maddələr aşkarlanıb. Çaylarda əsasən parasetamol, nikotin, kofein, epilepsiya və diabet dərmanlarının olduğu üzə çıxıb .

Araşdırmada ən çox çirklənən çayların Pakistan, Boliviya və Efiopiyada, ən təmiz çayların isə İslandiya, Norveç və Amazon cəngəlliyində yerləşdiyi müəyyən edilib.

Bəs yaxşı Azərbaycanda çayların vəziyyəti nə yerdədir?

Sualımızı cavablandıran “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, su çirklənməsi gələcəyimizi təhdid edən qlobal problemlərdən biridir:

“Okean və dəniz suları zaman-zaman özünü təmizləyir. Lakin nə qədər təmizlədiyi məlum deyil.

Azərbaycanı narahat edən Araz çayıdır. Araz çayı xüsusən Ermənistan ərazisindən keçdiyi üçün çirkləndirilir. Lakin çaylar axıcı olduğu üçün özünü mənsəbinə qədər təmizləyə bilir. Ancaq çayın özünü təmizləyə bilməsi üçün kimyəvi tullantıların da müəyyən bir həddi var. Aparılan araşdırmanın həqiqət payı kifayət qədər yüksəkdir.

Dövlətimiz çayların çirkləndirilməməsi üçün ciddi nəzarət edir. Lakin bəzən zavodların kimyəvi maddələri arındırmadan dənizə atdığı müşahidə olunur. Bu isə təəssüf edici haldır. Çaylara, dənizlərə kimyəvi, çirkli, kanalizasiya sularının axıdılmamasına nəzarət daha da güclü olmalıdır. Monitorinqlər keçirilib, qanunsuz işlər aşkarlanıb bir daha təkrarlanmaması üçün müvafiq addımlar atılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv