!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayılda “Azərsun"un maşını minaya düşdü: Xəsarət alan var - YENİLƏNDİ

!Reklam – Yazi

Cəbrayıl Rayon Prokurorluğu “Azərsun Holdinq”ə məxsus nəqliyyat vasitəsinin minaya düşməsi ilə bağlı açıqlama yayıb.

“Report”a daxil olan açıqlamada deyilir:

“İyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun Holdinq”in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır”.

 

*** 17:25

 

Cəbrayılda “Azərsun”un maşını minaya düşüb, sürücü xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

“Azərsun Holdinq” MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü – 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv