!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayılda müəmmalı CİNAYƏT: Əlləri və qolları bağlanmış meyit tapıldı

!Reklam – Yazi

İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdəbir hissəsində qara rəngdə, üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanıb, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək var.

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl Rayon Prokurorluğu ilə (026-384-39-03; mob: 055-964-84-81) əlaqə saxlamaları xahiş olunur.

www.yenicag.az

165
Ads
www.veteninfo.com
!Reklam – Arxiv