!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayıldakı mina partlayışında 7 nəfər xəsarət aldı

!Reklam – Yazi

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu yanaşı, daha bir neçə nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir.

Xəsarət alanlar – Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı və Cəlal Babayev xəstəxanaya yerləşdiriliblər.

Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv