!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çəkməsindən zəhərli İLAN ÇIXDI - FOTO

!Reklam – Yazi

Avstraliyada yaşanan hadisə sosial şəbəkələrdə gündəm olub.

Yenicag.az xəbər verir ki, Günter Qleyzer adlı inşaat işçisi çəkməsinin içindən 1.5 metrlik zəhərli ilan tapıb. Çəkməni geyinməzdən əvvəl ilanı son anda görən Qleyzer bildirib ki, bu hadisə onu çox qorxudub.

“Şərqi qəhvəyi” növünə məxsus olan həmin ilana ən çox Şərqi və Cənubi Avstraliyada rast gəlinir. Onların təbii mühiti və insanların yaşayış yerləri kəsişdiyi üçün tez-tez şəhər küçələrində görünürlər.

Həmçinin sözügedən şərq ilanı özündə çox güclü zəhər ehtiva edir. Hətta kimisə sancsa, ölümcül nəticə ilə sonlana bilər. Amma çox zəhərli olmasına baxmayaraq, təhlükə hiss etmədikcə aqressivləşmirlər.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv