!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil verdilər

!Reklam – Yazi

Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 5 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bundan başqa, Oğuz rayon sakinləri də qanunsuz saxladıqları silahları polisə könüllü təhvil veriblər. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv