!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum oldu

!Reklam – Yazi

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Elxan Əmanov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla başını kəsməkdə şübhəli bilinir.

Daha sonra E.Əmanov sirkə turşusu içib və yaxınları onu rayon xəstəxanasına yerləşdirib. Lakin E.Əmanovun vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanalarından birinə aparılıb.

Məlumata görə, tərəflər arasında əvvəllər bir neçə dəfə münaqişələr olub. O, A.Abbasovanı dəfələrlə döyüb. Həmçinin E.Əmanovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi və buna görə müalicə aldığı bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır./Report/

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv