!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda DƏHŞƏT: Atasını döyən şəxsi belə öldürdü - Anbaan görüntülər

!Reklam – Yazi

Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.

Yenicag.az xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

“Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv