!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda yol qəzası: Ölən və yaralananlar var

!Reklam – Yazi

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.

Yaralılardan biri Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv