!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadla Beyləqanın meşə ərazilərində yanğın oldu

!Reklam – Yazi

Cəlilabad rayonunun Cəlilabad meşəbəyliyində və Beyləqan rayonunun 5 saylı meşəbəyliyində yanğın hadisəsi baş verib. 

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələri, Nazirliyin digər yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub:

“İntensiv yanğınsöndürmə tədbirləri nəticəsində yanğın məhdudlaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb”.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa,  yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.





www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv