“”Çelsi”nin kişiliyi çatsaydı…” – Aqil Abbas

Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçında baş hakim Manuel De Sousanın verdiyi qərarlar hələ də müzakirə olunur.

Portuqaliyalı referinin qərarlarına etiraz edən şəxslərdən biri də millət vəkili Aqil Abbasdır.

Yenicag.az saytına danışan Aqil bəy kəskin fikirləri ilə yadda qalıb:

“Çelsi”nin o cür penaltiyə ehtiyacı yox idi.  Kişiliyi çatsaydı, penaltini vurmazdı. Deyərdi ki, burda penalti yoxdur. Əgər “Qarabağ”ın bu gün dünyaya səs-sorağı yayılıbsa, təmsilçimiz 32 komandanın arasındadırsa, qrupda iki xal qazanıbsa, bunun özü bizim üçün böyük nəticədir”.

– Sizcə, “qırmızı” olmasaydı, fərqli oyuna şahidlik edə bilərdik?

– Demirəm, nəticə “Qarabağ”ın xeyrinə olardı. Amma hər şey daha fərqli ola bilərdi. Daha gözəl oyuna şahidlik edəcəkdik. İnsanların əsəbləri pozuldu. Futbol  elə bir tamaşadır ki, onun təkrarını oynamaq mümkün deyil. Bir filmə min dəfə baxıb, bir mahnıya yüz dəfə qulaq asa bilərsən. Amma hesabını bildiyin oyuna baxmaq olmur. Bizi o tamaşadan məhrum etdilər.

– Nədir axı “Qarabağ”ın hakimlərdən çəkdiyi?

– Hakim satılmışdı. Onu Avropadan almışdılar. UEFA-ya şikayət etmək lazımdır ki, cəzalandırılsın və ikinci dəfə belə bir qələt etməsin.

– Manuel De Sousa Rəşad Sadıqova “qırmızı” göstərib, penalti təyin edəndə nə düşündünüz?

– Heç nə, dedim, hakimin bacısını…

Emin Səfərov

COP29