!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Çelsi"nin namizədlər SİYAHISINDA ŞOK - Muhsin Bayrak kənarda qaldı - SƏBƏB

!Reklam – Yazi

Rusiyalı milyarder Roman Abramoviçin təcili olaraq satdığı “Çelsi” klubunu alacağını açıqlayan iş adamı Muhsin Bayrak müraciət edənlər arasında olmayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, buna müraciətin səhv elektron ünvana göndərildiyinin səbəb olduğu bildirilib.

Reuters-ə açıqlama verən “AB Group Holding”in rəhbəri Muhsin Bayrak “Çelsi” futbol klubuna təkliflərin verilməsi üçün son tarixə çata bilmədiklərini və bunun prosedura bağlı anlaşılmazlıqdan qaynaqlandığını bildirib. O, çox təəssüfləndiyini deyib.

Bildirilib ki, AB Group hüquqşünasları ABŞ investisiya bankına təklif vermək əvəzinə, ümumi e-poçt ünvanından istifadə edərək Böyük Britaniyanın Rəqəmsal, Mədəniyyət, Media və İdman Departamenti ilə əlaqə saxlayıblar. Bu səbəbdən Muhsin Bayrak siyahıya daxil edilməyib.

Klubun alınması üçün 3 təklif verilib. Onlar Amerikanın Çikaqo beyzbol komandasının sahibi Ricketts ailəsi, siyasətçi və keçmiş olimpiya oyunları ifmançısı Lord Coenin konsorsiumu və daşınmaz əmlak investoru Nik Candinin rəhbərlik etdiyi başqa bir qrupdur.

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv