Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Cəmil Həsənlinin bizim haqqımızda dedikləri...” – BAP sədrindən Milli Şuranın təhqirlərinə CAVAB

Reklam: High Technic

“Kimlərinsə başqasına ünvanladığı təhqir sonda bumeranq kimi qayıdıb onlara dəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşündən sonra Milli Şura təmsilçilərinin hədəfinə gələn Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, Prezident Administrasiyasında siyasi partiyaların sədrləri ilə keçirilən görüşlər hakimiyyət-müxalifət münasibətlərinin normallaşmasında mühüm rol oynayıb:

“Əslində, onun özünün də dediyi kimi, bu proses ölkə prezidentinin göstərişi əsasında başlayıb. Birinci mərhələ çox uğurlu başa çatdı. İllərdir, iqtidarla müxalifət nümayəndələri arasında belə təmaslar yox idi.

Əvəzində, qarşılıqlı düşmənçilik dərinləşirdi. Vaxtilə hakimiyyətin içindəki bəzi qruplar da bu vəziyyətdən sui-istifadə edərək, gərginlik yaradırdılar. Baş tutan görüşlərdən sonra isə hamı gördü ki, heç kəs bu ölkənin düşməni deyil”.

BAP sədri dünən keçirilmiş görüşdə müzakirə olunan məsələlərə də toxunub:

“Görüşdə müxtəlif məsələləri açıq şəkildə müzakirə etdik. Mövcud problemlərlə əlaqədar narahatlığımızı, düşüncələrimizi, cəmiyyətdə yaranmış ovqatı, Ədalət Vəliyevin diqqətinə çatdırdım, o da çox təmkinlə dinlədi. Eyni zamanda, siyasi təşkilatların, mətbuatın, QHT-lərin vəziyyətindən, onların inkişafını təmin edəcək yollardan danışdıq.

Qeyd olundu ki, siyasi təşkilatların bir çoxunun Nizamnamə əsasında qurultaylarının vaxtı çatıb, ancaq yer məsələsi var, partiyaların çoxu qərargahsızdır. Görüşdə bütün bu məsələləri qaldırdım. Ədalət müəllim də bu məsələlərdə hansı kömək lazımdırsa, göstəriləcəyini, həmçinin qərargah probleminin həlli üçün düşüncələrinin olduğunu qeyd etdi.

Zamanı yetişəndə, ümumi məsələlərlə bağlı geniş bir toplantının təşkil ediləcəyini də bildirdi. Çox pozitiv, normal bir görüş idi. Bütün dediklərimi, tənqidi fikirləri səbrlə, təmkinlə dinlədi. Düşünürəm ki, müəyyən dövrdən sonra prezidentin siyasi partiya rəhbərləri ilə görüşünü də reallaşdırmaq mümkün olacaq”.

Elşad Musayevin fikrincə, başda Cəmil Həsənli olmaqla, Milli Şura təmsilçilərinin qeyd olunan görüşlərə qatılan partiya sədrlərinə ünvanladıqları təhqirlər onların özlərinə qayıdır:

“Cəmil Həsənlinin, yaxud da başqasının hakimiyyət nümayəndəsi ilə görüşən hər hansı partiya sədrinin ünvanına səsləndirdiyi təhqirlər elə onların özlərinə aiddir. Kimlərinsə başqasına ünvanladığı təhqir sonda bumeranq kimi qayıdıb onlara dəyir. Onsuz da, hər kəs öz tərbiyəsinə uyğun davranır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

532
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100