!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmiyyət rəsmi təbliğatla yanaşı, alternativlərin və seçim imkanlarının olduğunu da...” – MÖVQE

!Reklam – Yazi

“Azərbaycanda siyasi institutlaşmanın baş verməsi, siyasi həyatda fəallığın artması ölkənin ümumi irəliləyişinə təkan verən faktorlara çevrilməlidir”.

Bu fikirləri son günlərini yaşadığımız 2022-ci ildə ölkənin siyasi həyatında baş verənləri ümumi şəkildə dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, müxalifətin bu dərəcədə zəiflədilməsi cəmiyyətin təməllərinin sıradan çıxmasına zəmin yaradır:

“Əslində istənilən ölkədə vəziyyət böyük ölçüdə siyasi gedişatdan asılı olur. Amma təəssüf ki, biz yekunlaşmaqda olan il ərzində ölkənin siyasi həyatında ciddi yeniliklər müşahidə etmədik.

Göründüyü qədər, bu il müxalifətin xeyli zəiflədilməsi şəraitində başa çatır. Təbii ki, bu vəziyyət ürəkaçan deyil. Çünki bu, cəmiyyətin təməllərinin sıradan çıxmasına zəmin yaradır.

Biz xüsusilə Yaxın Şərqin, Şimali Afrikanın bəzi ölkələrinin timsalında bunu görmüşük. Məsələn, Liviyada siyasi müxalifət yox idi, amma orada proseslər elə yöndə inkişaf etdi ki, tam idarəedilməz vəziyyət yarandı. Bunun da əsas səbəbi siyasi institutlaşmanın olmaması idi.

Ona görə də Azərbaycanda siyasi institutlaşmanın baş verməsi, siyasi həyatda fəallığın artması ölkənin ümumi irəliləyişinə təkan verən faktorlara çevrilməlidir. Cəmiyyət rəsmi təbliğatla yanaşı, alternativlərin və seçim imkanlarının olduğunu da görməlidir. Ümid edirəm ki,növbəti ildə bu istiqamətdə addımlar atılacaq”.

A.Zeynalov

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv