!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətdə hələ də müzakirə olunan estetik ƏMƏLİYYATLAR: "Allah heç Peyğəmbərə..." - AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə estetik və plastik əməliyyat etdirən insanların sayı xeyli çoxalıb. Bəziləri bunu müsbət qarşılasa da, bəziləri günah, haram olduğuna inanır. Həmçinin döymə etdirən insanlara qarşı da fikir eynidir.

Bəs həqiqət nədir? Doğurdan da, bunlar dinimizdə günah sayılır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, insanlar həmişə halal və haram müzakirəsi aparır:

“Amma Quranın 16-ci sürəsinin 116-cı ayəsində deyilir ki, nəyin haram və ya halal olduğunu deməyin. Allah heç Peyğəmbərə belə səlahiyyət verməyib. Məsələn, estetik əməliyyat və ya döymə etdirənlərə haram demək düzgün deyil.

Gənc və yaşlı nəslin belə proseslərə yanaşması fərqlidir. Sadəcə bəyənib-bəyənməmək məsələsi var. Dini baxımdan iddia etmək lazım deyil”.

Şahanə Paşa

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv