!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cəmiyyətimiz yalançı ekspertlərin, populistlərin cavabını vermir" - İTTİHAM

!Reklam – Yazi

“Şayİələrin yayılmasının əsas səsəblərindən biri də Müdafiə Nazirliyinin müvafiq qurumlarının mətbuatla işləyə bilməməsidir”.

Bunu Qarabağda baş verən proseslərlə bağlı şişirdilmiş informasiyaların yayılmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiyanın Ukraynaya hücumu Azərbaycanda da bəzi insanların həvəsini qabardıb, hamı bir ümidə qapılıb:

“Orduda yerdəyişmə olan kimi şayiələr yayılmaya başlayır. Bundan əlavə, ermənilərin Azərbaycana məxsus maşın karvanının qarşısını kəsməsi, mövqelərimizin atəşə tutulması baş verdi. Erməni tərəfi mövqeləri möhkəmləndirməyə başlayanda Xüsusi Təyinatlı Qüvvələr, komanda briqadaları hərəkətə gətirildi. Düşmənin atəş nöqtələri susduruldu.

Ancaq sensasiya arxasınca qaçan, iki adama bir sayt açan şəxslər “Xocalı alındı”, “Xankəndi mühasirədədir” tipli şayiələrin gücləndirilməsində maraqlıdırlar. Baxmayaraq ki, özləri də bilir, 2-3 gün sonra hər şey gün üzünə çıxacaq. Ancaq anlamırlar ki, bu, camaatda iz qoyacaq. Onları düşündürən yalnız saytlarının oxunması, kanallarına baxılması, ekspertlərin harasa dəvət alıb orada çıxış etməsidir. Buna son qoyulmalıdır. Bu tip şayiələrin yayılmasının əsas səəblərindən biri də Müdafiə Nazirliyinin müvafiq qurumlarının mətbuatla işləyə bilməməsidir.

Müharibə vaxtı biz gördük ki, prezident ideoloji işi necə qurdu. Ukraynada Zelenskinin də bu işi çox yaxşı qurduğunun şahidi oluruq. Çox təəssüf ki, Müdafiə Nazirliyinin aidiyyatı orqanları mətbuatla işini düzgün qura bilmirlər. Şayiələrin qarşısının alınması üçün heç bir tədbir görmədilər.

Hamı şayiələrə inandı, ciddi yazılara heç kim əhəmiyyət vermədi, cəmiyyətə özünü ekspert kimi sırıyanlar da bundan bəhrələndi. Çox təəssüf ki, cəmiyyətimiz növbəti dəfə yalançı ekspertlərin, populistlərin cavabını vermir. Bir hadisə olan kimi onlara istinad edirlər. Yenə də ciddi fikrə qulaq asan yoxdur. Bu həm də bizim cəmiyyətin özünün günahıdır.

Bir şeyi anlamaq lazımdır, dövlətin gördüyü işə dəstək ola bilmirsənsə, sakit dayanıb, heç olmasa, mane olmamalısan. Bizim bəzi ekspertlər isə erməni ritorikası ilə danışırlar”.

Səxavət Məmməd

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv