!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətin aktual PROBLEMİ: "Yeniyetmələr elə videolar çəkir ki..." - Psixoloqdan HƏYƏCAN SİQNALI

!Reklam – Yazi

Cəmiyyətimizdə saysız-hesabsız problemlər var. Həmin problemlər əhalini də narahat edir. İstər gənc nəsil olsun, istərsə də yaşlı, hər təbəqənin öz problemi var. Cəmiyyətin fərdləri ilə ən çox işləyənlərdən biri də psixoloqlardır. Onlar insanları dinləyir, problemlərini aydınlaşdırır və həmin problemlər üzərində çalışır.

Bəs psixoloqları ən çox hansı problem narahat edir? Bir psixoloqa hansı səbəblərdən daha çox müraciət olunur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, onu ən çox narahat edən problem yeniyetmələrin düzgün olmayan davranışlarıdır:

“Bu gün sosial şəbəkələrə baxırıq, yeniyetmələr uyğunsuz davranış sərgiləyir. Və həmin davranışları da kimisi problem, kimisi də əxlaqsızlıq olaraq dəyərləndirir. Amma bu gün yeniyetmələrimizin böyük bir qismi düzgün olmayan fikirdə və yoldadır. Onlar təhsil almalıdır, amma məktəbə getmək istəmirlər. Erkən nikaha girirlər, evdən qaçırlar.

Digər bir problem də odur ki, imtahanlarda az bal toplayanların bəziləri intihara üz tutur. Düşünmürlər ki, atdıqları addımlar, “TikTok”da paylaşdığı videolar gələcəkdə onlara problem yaradacaq. Mənə edilən müraciətlərə əsasən deyirəm ki, şikayətlərin çoxu yeniyetmələrlə bağlıdır. Qeyri-etik şəkillər çəkirlər, sonra şantaj obyektinə çevrilirlər və s. Sosial şəbəkələrdən həddindən artıq istifadə edirlər. Asudə vaxtlarını düzgün dəyərləndirmirlər.

Gənc nəsil bizim davamçılarımızdır. Gələcəyimizi bu bərbad vəziyyətdən tezliklə xilas etmək lazımdır”.

Şahanə Paşa

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv