!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətin aktual problemi, ZƏRƏRLİ VƏRDİŞLƏR: "Baxırsan ki, orta məktəb şagirdi də..." - PSİXOLOQ

!Reklam – Yazi

Cəmiyyətimizdə olan ən aktual problemlərdən biri də zərərli vərdişlərdir. İstər siqaretlər, istərsə də alkoqollu içkilər həm sağlamlığa ziyandır, həm də asılılıq yaradır. Bəzi dünya alimləri inanır ki, həmin vərdişləri kimyəvi dərmanlardan əlavə, psixologiya elmi ilə də tərgitmək olur.

Bəs bu nə dərəcədə doğrudur? Həqiqətən də zərərli vərdişləri bu cür tərgitmək olurmu?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, maarifləndirmə işləri aparmaq belə həmin vərdişləri reklam edir:

“Bəzən ailələr uşağa kifayət qədər nəzarət etməyəndə gedib o zərərli vərdişlərə qurşanırlar. Bəzən də valideynin verdiyi azadlıqdan sui-istifadə edirlər.

Siqareti tərgitmək üçün orqanizmə 48 saat vaxt lazımdır. Bu müddətdən sonra bədən nikotin istəmir. Biz əslində siqaretə psixoloji olaraq asılıyıq. Siqaret çəkməyəndə narahat olmağımızın səbəbi psixolojidir.

Yəni həmin asılılıqları əslində psixoloji seanslarla yox etmək mümkündür. Bəzi insanlar var ki, iradələri güclüdür və bunu bacarırlar. Bir də baxırsan, ad günündə qərar verir ki, siqareti tərgidəcəm və buna nail olur. İnsan bəzən zərərli vərdişləri bir səhv kimi görmür. Sonradan anlayır. Əslində həmin səhvlər özü də təcrübədir. Heç kəs bilərəkdən səhv etmir.

İndi orta məktəb şagirdləri də siqaret çəkməyə başlayır. Həmin məktəblərdə psixoloq olmalıdır. Tədbir görülməlidir. Əgər məktəblərdə bu problemə həll edə bilmiriksə, sabah başqa məsələlər yaranacaq. Çünki indi pulu var, siqaret alır, sonra içki, sonra da narkotik alacaq. Buna dərhal çözüm tapmaq lazımdır.

Bir məqamı da bildirmək istəyirəm ki, bəzən televiziyalara narkotik asılılığından əziyyət çəkən insanları çıxarırlar. Həmin şəxs narkotikin həzzindən o qədər danışır ki, ona qulaq asan kütlənin bir qisminə də maraqlı gəlir. Bu, düzgün deyil, reklamdır. Televiziyada o zərərli vərdişlərin insan həyatına olan mənfi təsirlərindən danışmaq lazımdır “.

Şahanə Paşa

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv