!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətin postseçki GÖZLƏNTİSİ: “İstər siyasi, istərsə də sosial və başqa sahələrdə...”

!Reklam – Yazi

“Yeni mərhələ üçün ən vacib amillərdən biri də sosialyönümlü siyasətdə müsbət yeniliklərin həyata keçirilməsidir”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra cəmiyyətin gözlədiyi mümkün dəyişikliklər haqda danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, preizdent seçkilərindən sonrakı dönəmi ehtiva edən yeni mərhələ bir sıra mühüm dəyişikliklərlə əlamətdar olacaq:

“Bu çərçivədə seçki sistemində dəyişikliklər edilərək majoritar sistemlə yanaşı, həm də proporsional sistemin bərpa olunmasına dair təkliflər artıq bir müddətdir ki, gündəmdədir. Həmin təklif qeyd olunan yeni dönəmdə tam aktuallıq qazana bilər.

Eyni zamanda, cəmiyyətdə ölkənin inzibati-ərazi vahidlərinin dəyişdirilməsi ilə bağlı da müəyyən gözləntilərin olduğu vurğulanmalıdır. Daha doğrusu, bu sahədə də əsaslı dəyişikliklərin həyata keçiriləcəyi ümumi gözləntilərin mühüm tərkib hissələrindən biridir.

Çünki rayon inzibati ərazi bölgüsü sovet dönəmindən qalan anlayışdır. Müstəqil dövlət olaraq, bu kimi anlayışlar bizim mentalitetimizə və tariximizə uyğun gəlmir. Bunlarla yanaşı, yeni mərhələ üçün ən vacib amillərdən biri də sosialyönümlü siyasətdə müsbət yeniliklərin həyata keçirilməsidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv