!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununu idarə etdi

!Reklam – Yazi

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.

Yenicag.az xəbər verir ki, o, Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən matçın baş hakimi olub.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olub.

Ə.Ağayev “Mançester Siti”nin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda dörd futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı referi meydan sahiblərindən Uroş Spayiç, Srcan Mixayloviç və Nasser Ciqanı, qonaqlardan isə Kelvin Filipsi cəzalandırıb./Azertag/

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv