!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

!Reklam – Yazi

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

Yenicag.az xəbər verir ki, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür.

Biletlər dörd kateqoriya üzrə fərqli qiymətlərə satılır və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir.

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv