!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çempionlar Liqası: “Qarabağ”dan əzmkar qələbə - YENİLƏNİB

!Reklam – Yazi

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb.

Yenicag.az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu yarışa I təsnifat mərhələsinə qələbə ilə start verib.

Qurban Qurbanovun yetirmələri “Linkoln”la üz-üzə gəlib. “Qarabağ” bu duelin aşkar favoriti sayılırdı və turnirə qələbə ilə başlayıb. Meydan sahibləri fasiləyə üstün yollanıblar. Rəqibin heyətində Qomes fərqlənib. İkinci hissədə hücumlarını kəskinləşdirən “Qarabağ” Çıxa ilə bərabərlik qolunu vurub. Son saniyələrdə isə meydana sonradan daxil olan Benzia qələbə qolunun müəllifi olub.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) – 1:2

Qollar: Qomes 25 – Cica, 58. Benzia, 90+4
“Linkoln”: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 6. Bernardu Lopeş (k), 9. Kike Qomes, 10. Liam Uoker, 11. Xuampe, 20. Mustafa Yahaya, 21. Nano, 66. İtan Britto, 24. Con Sarcent, 88. Mandi
Ehtiyat oyunçular: 13. İvan Villanueva, 1. Nauset Santana, 29. Roy Çipolina, 31. Skyortino, 33. Cumaney Börnet, 4. Samson Acayi, 77. Klinton, 99. Santi Luke, 7. Li Kasyaro, 19. Xuan Penya
Baş məşqçi: Xavyer Munyos
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 19. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 11. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
Cəbəllütariq. “Viktoriya” stadionu

***

19:30

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, “Viktoriya” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv