Çempionlar Liqasının himninin Azərbaycan versiyası – VİDEO

“Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya dövlət teleyayım şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli maraqlı layihə ərsəyə gətirib.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində dəyərli sənətçilərimizin də iştirakı ilə Çempionlar Liqasının himni milli musiqimiz üslubunda səsləndirilib.

Qeyd edək ki, möhtəşəm himnin səsləndirilməsində xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Emil Əfrasiyab, Elşən Mansurov, Elnur Zeynalov, Səbinə Əsədova, Fəridə Məmmədova, Ələkbər Ələkbərov, Abbas Səfərov və Orxan Musayev iştirak ediblər. Layihənin səs rejissoru isə Bəxtiyar Həsənovdur.

Yenicag.az