!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cenevrədə “Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə nümayiş olundu

!Reklam – Yazi

İsveçrənin Cenevrə şəhərinin “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycanın zəngin mədəni irsinin keşiyində duran, əsas məqsədi onun Avropada, xüsusilə də İsveçrədə təbliğatı olan “Heritage” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Təxminən 1 il öncə Assosiasiyanın nümayəndələri Bakı Marionet Teatrını Cenevrəyə gətirmək və isveçrəli tamaşaçıları Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsi ilə tanış etmək ideyası ilə çıxış ediblər.

Tanınmış dramaturq və bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Azərbaycan folklorunun incisidir. Teatrın bədii rəhbəri Tərlan Qorçunun yaradıcı dühası ilə Bakı Marionet Teatrının adaptasiyasında səhnələşdirilən bu əsər maraqlı marionet sənəti vasitəsilə Hacıbəylinin ölümsüz sənət əsərinə yeni nəfəs verir.

Ötən həftəsonu “Les Salons” Teatrının qonaqları dahi Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə qərq olmaq imkanı əldə ediblər. Öncə “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və kuklalarından ibarət sərgi baş tutub. Sərgidə Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələri təmsil edən və ağac üzərində oyma ustalarından, mexaniklərdən, kuklaları rəngləyən və bəzəyən rəssamlardan, geyim və dekorasiya ustalarından ibarət böyük beynəlxalq komandanın əl işləri nümayiş olunub. Daha sonra “Les Salons” Teatrının qədim zalında baş tutan tamaşanın izləyiciləri 20-ci əsrin əvvəllərinin Bakısına səyahət etmək və Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışından bəhs edən hekayə ilə tanış olmaq imkanı əldə ediblər.

Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.

Üç gün davam edən tamaşanı Cenevrədə yaşayan Beynəlxalq ictimaiyyət, İsveçrəlilər və soydaşlarımız izləmək imkanı əldə etmişlər. Tamaşa anşlaqla izlənilmişdir.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv