Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə – Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.
Maqnitudası 3,1 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal və 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.