!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənub qapısında “TIR tıxacı” - VİDEO

!Reklam – Yazi

Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması müəyyyən sıxlıqların, hətta tıxacların yaranmasına səbəb olur.

Buna görə də şəhərə yük maşınlarının girişinə qadağa qoyulub. 

Yenicag.az xəbər verir ki, yük maşınlarının şəhərə buraxılmaması girişdə tıxacın yaranmasına səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.

Hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər.

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv