!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cənub qonşumuzun aqressivləşməsinə səbəb olan amillər...” - POLİTOLOQ

!Reklam – Yazi

“İranın Azərbaycan da daxil olmaqla nə qonşu, nə də dünyanın digər ölkələri ilə normal münasibətləri qalıb. Bu faktorlar cənub qonşumuzun daha da aqressivləşməsinə səbəb olurdu”.

Bunu İran XİN-in mətbuat katibi Naser Kənaninin “Azərbaycanın Tehrandakı səfirliyi maksimum mühafizə olunacaq” açıqlamasının iki ölkə münasibətlərinin yaxşılaşdırılması yönündə atılan addım olma ehtimalını qiymətləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran artıq Azərbaycanın qlobal səviyyədə böyük güc olduğunu yaxşı dərk edir:

“Azərbaycan nə İranın, nə də Ermənistanın tayıdır. Bunu anlayan İran Azərbaycanla olan gərgin münasibətlərini normaya salmaq, dəyişmək istəyir. Yanlış siyasəti nəticəsində bu gün İran bütün dünyadan təcrid olunub. İranın Azərbaycan da daxil olmaqla nə qonşu, nə də dünyanın digər ölkələri ilə normal münasibətləri qalıb. Bu faktorlar cənub qonşumuzun daha da aqressivləşməsinə səbəb olurdu.

İranın yanlış və məkrli siyasəti səbəbindən pozulan İran-Azərbaycan münasibətlərindən Azərbaycanın itirəcəyi heç bir şey yoxdur. Münasibətlərin pozulmasının ən böyük səbəbkarı İran olduğu kimi, ən böyük itkilərə məruz qalan tərəf də məhz İrandır.

Hazırda İran-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması yönündə ehtimallar var. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bu barədə açıqlama da verib. Əlavə olaraq İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian Bakıda keçirilən Qoşulmama Hərəkatının iclasında iştirakı çərçivəsində Azərbaycana səfər edib. O, Prezident İlham Əliyevlə görüşdən sonra verdiyi açıqlamada iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması perspektivlərindən bəhs edib.

Azərbaycanın İranla heç bir zaman problemi olmayıb. Hətta sakitlik dövründə belə cənub qonşumuz ünvanımıza informasiya terrorunu bir an belə olsun dayandırmayıb. Günü bu gün də İrandan Azərbaycana qarşı informasiya hücumları həyata keçirilir. Bu proseslər öz həll yolunu tapmadan İran-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə yaxşılaşması real görünmür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv