!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Afrika İsraillə əlaqələri KƏSİR - Səfirlərini GERİ ÇAĞIRDI

!Reklam – Yazi

Cənubi Afrika öz səfirini geri çağıraraq İsraillə əlaqələri kəsir.

Yenicag.az xəbər verir ki, bu barədə noyabrın 6-da nazir Kumbudzo Ntşaveni Respublika Prezidentinin ofisində bildirib.

Cənubi Afrika hökuməti Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi fonunda bütün diplomatlarını yəhudi dövlətinin ərazisindən geri çağırır.

O, Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasının yekunları barədə mətbuata məlumat verib. Nazir deyib ki, Pretoriya İsrailin Qəzzada məktəbləri və xəstəxanaları bombalamağa davam etməsi, eləcə də humanitar keçidləri bağlamasından məyus olub.

“Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çağırmaq qərarına gəlib. Nazirlər Kabineti, həmçinin İsrailin Cənubi Afrikadakı səfirinin İsrail hökumətinin hərəkətlərinə qarşı çıxanlara qarşı aşağılayıcı ifadələrinin davam etdiyini qeyd edib. İsrailin Cənubi Afrikadakı səfirinin mövqeyi çox dözülməz hala gəlir”, – nazir deyib.

Beləliklə, əməliyyatlar başlayandan sonra 8 ölkə səfirini geri çağırıb, İsraillə əlaqələrini kəsib.

Xuraman Etibarlı

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv