!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

!Reklam – Yazi

“Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Yenicag.az xəbər verir ki, bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Səfir deyib ki, CAR-ın Bakıda konsulluq açması bu əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib:

“Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv