!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Avropada temperatur 50 dərəcəyə çatır

!Reklam – Yazi

Afrikanın böyük Sahara səhrasından Avropaya yaxınlaşan “Xaron” antisiklonuna görə Avropa ölkələrində istilik rekord göstəriciyə – 50 dərəcəyə qədər qalxa bilər.

Yenicag.az xarici KİV-ə istinadən məlumat verir ki, iyulun 18-də Sardiniya adasında temperatur, demək olar ki, 50 dərəcəyə qədər yüksələ bilər. Çərşənbə günü İtaliyanın 23 ən böyük şəhərində Səhiyyə Nazirliyinin həddindən artıq istilərlə bağlı xəbərdarlığı qüvvədə olacaq.

Artıq Afina, Roma və Madriddə yüksək temperatur qeydə alınıb. Güclü külək səbəbindən Avropa ölkələrində yanğınlar baş verə bilər. Afina yaxınlığında artıq bir neçə ev yanıb. Palma adasında irimiqyaslı yanğınlar səbəbindən 4 mindən çox insan təxliyə olunmağa məcbur olub.

Qeyd edək ki, son temperatur rekordu Avropada 2021-ci ildə Siciliya adasında istilik 48,8 dərəcəyə çatanda qeydə alınıb. Şimal yarımkürəsində ekstremal hava hadisələri daha tez-tez baş verir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, ekstremal hava şəraitinin “yeni norma”ya çevrilməsi ehtimalı var.

 

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv