!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizlə birləşəcəyimizdən qorxan İran..." - ŞƏRH

!Reklam – Yazi

“İranın regionda və beynəlxalq miqyasda atdığı yanlış addımlar onun gələcəkdə parçalanmasını labüd edir”.

Bunu İranın bölgədə və dünyada sabitliyi pozma cəhdləri haqqında danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran artıq başını itirmiş bir dövlətdir:

“İran Azərbaycandan nə istədiyini, bəlkə, heç özü də bilmir. Çünki İranın kifayət qədər güclü düşmənləri var. İstər yaxın qonşuları, istər ABŞ, istərsə də İsrail İranla gərgin münasibətlərə sahibdir.

İran büdrədiyi zaman Cənubi Azərbaycan məsələsinin gündəmə gələcəyini bilir. Azərbaycan torpaqları işğal altında olduğu zaman zəif görünə bilərdi. İran həmin dövrlər Azərbaycana qarşı hədələrini bildirirdi, lakin düşmənçiliyini açıq-aşkar sərgiləmirdi. İndi Ermənistanın provokasiyaları vasitəsilə Azərbaycanı zəiflətmək, onu gələcəkdə gözləyən təhlükənin qarşısını indidən almaq istəyir.

Azərbaycanın hər zaman dost əlini uzatdığını İran dərk etmir. Azərbaycan öz ərazisindən heç bir zaman İrana qarşı hərbi əməliyyatlarına keçirilməsinə imkan verməyib, verməyəcəyini də dəfələrlə bəyan edib.

İran Azərbaycana qarşı siyasətini dəyişməsə, adekvat addımlarla qarşılaşacaq. Azərbaycanın gücünü qəbullanmayan İran haqq-hesab çəkmək istəyir. Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizlə birləşəcəyimizdən qorxan İran Azərbaycana qarşı aqressiyasını davam etdirir.

İranın regionda və beynəlxalq miqyasda atdığı yanlış addımlar onun gələcəkdə parçalanmasını labüd edir. Nə bilmək olar, bəlkə də, fars-molla rejimi son dövrlərini yaşayır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv