!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz uğrunda MÜBARİZƏ: "Rusiya Avropanı çətin vəziyyətdə qoymaq üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Cənubi Qafqazda gərgin vəziyyətin saxlanılmasında Rusiya maraqlıdır”.

Bu fikiri Rusiyanın Ukraynada apardığı müharibə, Cənubi Qafqazda qalmaq uğrunda mübarizə, Afrikada keçmiş fransız koloniyalarını ələ keçirməsini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Rusiya Avropanı çətin vəziyyətdə qoymaq üçün Afrika dövlərlərində hərbi çevrilişlər etdi:

“Rusiya hazırda üç qaynar nöqtədə – Cənubi Qafqazda, Ukraynada və Afrikada dividentlər əldə etmək üçün mübarizə aparır.

Ukrayna müharibəsində Rusiya hazırda uduzmuş vəziyyətdədir. Tətbiq olunan sanksiyalara görə enerji daşıyıcılarının əsas alıcısı Avropa bazarını itirir. Bundan əlavə, Ukraynada böyük itkilər verir. NATO genişlənir, beynəlxalq koalisiya əmələ gəlir. Mətbuatda çox səslənməsə də, Rusiyanın Misirdə hərbi kontingenti var.

Rusiya taxıl sazişindən çıxdı. Söhbət Afrika dövlətlərinin ac qalmasından getmir. Dünya taxıl ehtiyatının 18 faizini Rusiya, 10 faizini isə Ukrayna təmin edirdi. Afrika dövlətlərinin Rusiyada sammiti keçirildi. Rusiya Afrika dövlətlərinin borclarını sildi və onlarla əməkdaşlıq etməyə başladı. Artıq Rusiyada keçirilən Afrika sammiti onu deyirdi ki, Rusiya nəinki taxıl tədarükü ilə əlaqədar, nikel, uran yataqlarına da göz dikib. Bunu da “Vaqner” qrupu həll etdi.

Fransa Afrika dövlətlərindən nikel və uranı daşıyırıdı. Rusiya Avropanı çətin vəziyyətdə qoymaq üçün hərbi çevrilişlərə başladı.

Qafqaz ölkələrinə gəldikdə isə Rusiya XİN sözcüsü vasitəsi ilə bildirdi ki, sülh sazişinin bağlnmasına tələsməli deyil. Regionda gərgin vəziyyətin saxlanılmasında Rusiya maraqlıdır. Hesab edirəm ki, Rusiya Cənubi Qafqazdan gec-tez çıxarılacaq”.

Səxavət Məmməd

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv