!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz uğrunda mübarizədə YENİ DÖNƏM: “Rusiya nə qədər güclü olursa-olsun...”

!Reklam – Yazi

“Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi də Rusiyanın Paşinyan əleyhinə istifadə etməyi düşündüyü mühüm vasitədir”.

Bu fikirləri Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərba etməsinin Cənubi Qafqaz uğrunda qlobal rəqabətə təsirini dəyərləndirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib:

Onun sözlərinə görə, Rusiya da, Qərb də bu rəqabətdə qalib gəlmək üçün bütün imkanlarından istifadə edəcək:

“Qarabağ ətrafındakı proseslərin sürətlə finişə yaxınlaşması fonunda Rusiya ilə Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsinin daha da şiddətlənəcəyini söyləmək mümkündür. Çünki Qarabağ münaqişəsinin qalması Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunun əsas şərtlərindən biri idisə, proseslərin indiki final mərhələsində ABŞ və bütövlükdə Qərb Rusiyanın regiondan çıxarılması üçün yaranmış şəraitdən yararlanmağa çalışır.

Qərbin bu vəziyyətdə diqqət yetirdiyi əsas məqam Ermənistanda və Qarabağ erməniləri arasında antiRusiya ovqatını gücləndirməkdir. Bu, ona hesablanıb ki, hətta Ermənistanda da Gümrü hərbi bazasına, ümumiyyətlə, Rusiyaya ehtiyac olmaması, əvəzində Qərbin regionda yerləşməsi qənaəti möhkəmlənsin.

Ancaq əlbəttə, Rusiya bu bölgəni asanlıqla tərk etməyəcək. Ona görə də Qarabağ məsələsində bütün məsuliyyəti ermənilərin, konkret desək, Paşinyanın üzərinə qoymaqla, hadisələrin bu zəmində inkişafına cəhd göstərir. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi də Rusiyanın Paşinyan əleyhinə istifadə etməyi düşündüyü mühüm vasitədir.

Qeyd edək ki, hazırda Rusiyanın Ermənistana qarşı hərbi-siyasi yox, daha çox iqtisadi təzyiqlərinin artması gözlənilir. Qərb isə Paşinyana Ermənistanın iqtisadi sıxıntılarla üzləşməməsi üçün dəstək vəd edir. Diqqət edirsinizsə, belə bir vəziyyətdə həm Rusiyanın, həm də Qərbin əlində kifayət qədər ciddi “kozır”lar var.

Bununla belə, Rusiyanın regiondakı çoxillik mövcudluğu ona müəyyən üstünlüklər yaradır və mövcud şəraitdə Moskva öz mövqelərini itirməmək üçün bir neçə varianta əl ata bilər. Açıq deyə bilərik ki, Rusiyanın Cənubi Qafqazı tezliklə tərk etməsi ehtimalı yoxdur. Rusiyanın əsas planı Paşinyanı devirmək və öz adamını Ermənistanda hakimiyyətə gətirməkdir. Həqiqətən də çox ağır rəqabətdir. Ancaq Rusiya nə qədər güclü olursa-olsun, Qərb Qarabağ münaqişəsindən sonra Rusiyanı regiondan çıxarmaq üçün öz imkanlarından maksimum istifadə edəcək”.

A.Zeynalov

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv