Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cənubi Qafqaz və qurulan YENİ DÜNYA DÜZƏNİ: “Qarşıdurma həlledici mərhələyə keçib” - Sülhəddin Əkbər

Reklam: Sinerji Pro

“Birləşmiş Ştatların yeni ittifaqlar qurması onun strateji rəqibləri olan Rusiya ilə Çinə qarşı qətiyyətli mübarizə niyyətində olduğunu təsdiqləyir”.

Bu fikirləri Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkəyə baş tutan qayıdışının ABŞ-ın Cənubi Qafqaza yönəlik planları ilə əlaqələndirilməsinə münasibət bildirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

sulheddin

AzDP sədrinin sözlərinə görə, nəticədən asılı olmayaraq, Saakaşvilinin Gürcüstana qayıdışı qonşu ölkədəki ictimai-siyasi vəziyyətə təsirsiz ötüşməyəcək:

“Mən illərdir deyirəm ki, Ukrayna böhranından sonra həm yeni dünya düzəni, həm də onunla bağlı olan geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Sadəcə olaraq, ABŞ-da “dərin dövlət”in parçalanması, Obama ilə Trampın hakimiyyətə gətirilməsi bu prosesi bir neçə illiyə yubatdı.

Ancaq Baydenin hakimiyyəti gəlişi ilə ənənəvi istər “daxili dövlət”dəki, istərsə də tranatlantik münasibətlərdə yeni yanaşmalar özünü göstərməyə başladı. Bu sırada ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə, o cümlədən, Cənub-Şərqi Asiyanın müəyyən ölkələri ilə yeni ittifaqlar qurması Birləşmiş Ştatların strateji rəqiblərinə qarşı qətiyyətli mübarizə niyyətində olduğunu təsdiqləyir.

O baxımdan, ABŞ-ın öz milli təhlükəsizliyinə əsas təhdid kimi gördüyü Rusiya ilə münasibətləri daha da gərginləşəcək və bu qarşıdurma yüksələn xətt üzrə artacaq. Həmçinin Çinlə bağlı siyasətdə də bunu görmək mümkün olacaq.

Bu kontekstdə postsovet məkanında münasibətlərin inkişafına baxa bilərik. Yəni hadisələrin hər iki istiqamətdə – istər Çin, istərsə də Əfqanıstan yönündə inkişafını, eyni zamanda, Avroatlantik məkanla Rusiya arasında münasibətlərin inkişafını nəzərə alsaq, bu gedişat Cənubi Qafqaz regionuna da təsir göstərəcək.

Təbii ki, nəticədən asılı olmayaraq, Saakaşvilinin Gürcüstana qayıdışı da qonşu ölkədəki ictimai-siyasi vəziyyətə təsirsiz ötüşməyəcək. Bu qayıdışın Gürcüstandakı yerli seçkilərlə üst-üstə düşdüyünü vurğulasaq, orada cərəyan edən prosesləri diqqətlə izləməliyik”.

A.Zeynalov

www.yenicag.az

242
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100