!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən qüvvələrin canfəşanlığı..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Cənubi Qafqaz regionunda mövqeyini qoruyub saxlamaq üçün bir sıra məqsədləri vardır. Məqsədinə nail olmaq üçün isə müxtəlif yollara əl atır”.

Bu sözləri Rusiyanın daxil olduğu ərazilərdən çıxmayacağı ilə bağlı ictimai rəydə oturuşmuş fikirlərə münasibət bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.İlyas Hüseynov Rusiyanın Cənubi Qafqazda maraqlarının sona qədər regionda qalmaqdan ibarət olduğunu bildirib:

“Rusiya sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti olaraq fəaliyyət göstərirlər. Digər tərəfdən isə Rusiyanın Ermənistan ərazisində 102-ci hərbi bazası mövcuddur. Belə olduğu halda, Rusiya Cənubi Qafqazdakı təsir imkanlarını itirmək istəmir. Bunu üçün müxtəlif ssenarilər üzrə fəaliyyət həyata keçirir.

Rusiyanın Cənubi Qafqaz regionunda mövqeyini qoruyub saxlamaq üçün bir sıra məqsədləri vardır. Məqsədinə nail olmaq üçün isə müxtəlif yollara əl atır. Sülh prosesi ilə yanaşı, digər planlar – eskalasiya ssenariləri də mövcuddur. Mövzu ətrafında bir sıra ekspertlər öz fikirlərini səsləndiriblər. Ancaq əsas məsələ müharibə və sülh arasında həm də diplomatik mübarizənin var olduğunu anlamaqdır.

Hazırda Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyən qüvvələrin canfəşanlığı hiss olunur. Bu regionda öz mövqelərini möhkəmləndirmək, enerji və nəqliyyat kontekstində gedən inteqrasiya proseslərinə hakim olmaq məqsədləri olan xarici qüvvələrin cəhdləri açıqca müşahidə olunur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv