!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda “NATO FIRTINASI”: “Hökumətlə prezident arasında “atəşkəs”dən sonra...” – ŞƏRH

!Reklam – Yazi

“Prosesin effektini Rusiyanın Ukraynadakı uğursuzluqlarının miqyası müəyyənləşdirəcək”.

Bu fikirləri NATO-ya üzvlük məsələsində Gürcüstan Prezidenti ilə hökuməti arasında ziddiyyətlərin yenidən baş qaldırmasını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qonşu ölkədə qeyd olunan müstəvidə gərginliyin yenidən artacağını proqnozlaşdırmaq çətin deyil:

“Gürcüstanda bir müddət əvvəl hakim siyasi qüvvə ilə Prezident arasında Avropaya inteqrasiya məsələsində baş qaldıran ziddiyyətlərin kəskinləşməsindən sonra bu siyasi qarşıdurmanın dərinləşəcəyinə dair proqnozlar doğrulmaqdadır.

O baxımdan, Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin NATO-ya üzvlüyü istiqamətində səylərin artırılmasının vacibliyini bildirməsi və eyni zamanda alyans dövlətlərinin də Tiflisə dəstək verməsinin zəruriliyini bəyan etməsi hökumətlə dövlət başçısının mövqelərindəki kəskin fərqi ortaya qoyur.

Hər kəsə məlumdur ki, Gürcüstanda iqtidar partiyası olan “Gürcü arzusu” Rusiyameyilli iş adamı Bidzina İvanişvilinin nəzarətindədir. Belə olan təqdirdə Gürcüstan hökumətinin Rusiyanın maraqlarına zidd addımlar atmaması, hətta Ukraynaya hərbi təcavüzün başlamasından sonra Qərblə münasibətlərini gərginləşdirməsi təəccüb doğurmur.

Xatırlayırsınızsa, həbsdə olan Mixail Saakaşvili də hökumətlə Prezident arasında ilk açıq toqquşma zamanı müxalifətə Zurabişvilini dəstəkləmək çağırışı etmişdi. Zurabişvili artıq NATO-ya üzvlük məsələsini daha konkret şəkildə gündəmə gətirir və bunun Rusiyaya çox tutarlı cavab olacağını deyir.

Bütün bunları nəzərə aldıqda, Gürcüstanda hökumətlə Prezident arasında bir müddət davam etmiş “atəşkəs”dən sonra gərginliyin yenidən artacağını proqnozlaşdırmaq çətin deyil. Bu prosesin effektini isə Rusiyanın Ukraynadakı uğursuzluqlarının miqyası müəyyənləşdirəcək”.

A.Zeynalov

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv