!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda sülhün “salındığı” LABİRİNT: “Azərbaycanla Türkiyə ortaq maraqları uzlaşdıraraq...”

!Reklam – Yazi

“Ermənistanı inandırmaq lazımdır ki, masa arxasında ikilikdə oturub taleyimizi həll etməkdən başqa prespektiv yoxdur”.

Bu fikirləri Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Berlin görüşü və regionda sülhün bərqərar edilməsini şərtləndirən amilləri dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bir dövlət kimi varlığı Türkiyə və Azərbaycandan asılıdır:

“Azərbaycan-Ermənistan münasibətləri iki qütbün Qafqaz uğrunda savaşının predmetidir. Rusiya bütün vasitələrlə bu bölgəni kiməsə güzəştə getmək istəmir. Almaniya və Fransa Avropa İttifaqı adından bu bölgəyə nüfuz etmək istəyir. Ermənistan həmişəki kimi istifadə olunan “kart”dır.

Bunların fonunda Azərbaycan-Türkiyə birliyi var. O baxımdan, digər qüvvələr Qafqazın sahibinin Azərbaycanla Türkiyənin olduğunun fərqindədirlər. Psixolji savaşda Türkiyəni hansısa formada sıxışdırmaq və bu bölgədə söz sahibi olmaq, yaxud həlledici sözə ortaqlıq uğrunda savaş var.

Bütün hallarda Qərbin vasitəçiliyində daha çox məhsuldarlıq görünür. Ancaq Ermənistanı inandırmaq lazımdır ki, masa arxasında ikilikdə oturub taleyimizi həll etməkdən başqa perspektiv yoxdur. Yaxud Ermənistanın bu bölgədə var olması, rahat yaşaması üçün Qafqazda sülhün alternativi yoxdur.

Müəyyən təmaslar da var. Məlum prinsipləri onlar da qəbul edir, biz də. Bunun üzərində baza prinsipini müəyyənləşdirib ilkin sazişi razılaşdırmaq olar. Vasitəçilikdən imtina etmək üzərində düşünülməlidir. Azərbaycanın təşəbbüsü daha çox ikitərəfli danışıqlar modelidir. Eyni zamanda, Qərb var, təzyiqlər var, Azərbaycanı təmin edən layihələrin həyata keçməsinə mane olan Almaniya- Fransa işbirliyi var.

Bu bölgədə Türkiyə və Azərbaycan arasında ortaq maraqları uzlaşdırıb region dövlətləri ilə məsələni həll etmək lazımdır. ABŞ-nin, Avropa İttifaqının təklif etdiyi modellərə Rusiya və İran “buynuz” göstərir. Bunların fövqünə çıxmaq lazımdır. Azərbaycanla Türkiyə Ermənistanı Fransa və digərlərinin caynağından alıb təhlükəsizliyinin qarantının Ankara ilə Bakı olduğu fikrini İrəvana aşılaması lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv