!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda Türkiyə FAKTORU: Moskva-Ankara əməkdaşlığı bölgə üçün nə vəd edir?

!Reklam – Yazi

“Rusiya və Türkiyənin maraqları daxilində məsələlər həll yolunu tapacaq”.

Bu fikirləri Cənubi Qafqazda Qərb və region dövlətləri arasında gedən mübarizəni şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, regionda gərginliyin artması üçün ciddi proseslər aparılır:

“Cənubi Qafqaz həmişə regiona qonşu olmayan dövlətlərin maraq dairəsində olub. Hər bir ölkə öz maraqları çərçivəsində yanaşır. Region ölkələrindən bəziləri bölgədə sabitlik istəmir. İran, ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.

Fransa və İran regionda gərginliyin artması üçün əlindən gələni edir. Avropa Şurasının sonuncu qətnaməsi də regionda gərginliyin artmasına xidmət edir.

Sonda region dövlətləri olan Rusiya və Türkiyənin maraqları daxilində məsələlər həll yolunu tapacaq. Regionda kommunikasiyaların açılması Rusiyanın özünə də sərf edir. Rusiyanın Ermənistana təsir imkanları daha genişdir. Rusiya ilə Türkiyə istədiyinə nail olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv