!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda yeni CƏBHƏ: “Bu kontekst ətrafında Qərb-Rusiya yarışı başlayıb” - TƏHLİL

!Reklam – Yazi

“Tərəflər sülh müqaviləsinin öz vasitəçiliyi ilə bağlanmasında maraqlıdır, hətta bunun üçün sülhə belə maneə olurlar”.

Bunu Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün Cənubi Qafqazda yeni Qərb-Rusiya cəbhəsinin açılmasından danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ABŞ və digər Qərb ölkələrinin Qafqazda möhkəmlənmək istəyi hər kəsin bildiyi üzərə Rusiyanın regional maraqlarına tamamilə ziddir:

“Rusiya var gücü ilə Qərbin Cənubi Qafqazda möhkəmlənməməsi üçün əlindən gələni edir. Bunun üçün Rusiyanın əsaslı səbəbləri var. Qonşuluğunda olan dövlətlərdə ABŞ-nin güclənməsini istəmir. Lakin Cənubi Qafqazda artıq Rusiyanın mövqeləri zəifləmək üzrədir.

Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün ən çox Ermənistandan istifadə edirdi. Lakin 2018-ci ildə Nikol Paşinyan baş nazir postuna keçdikdən sonra Ermənistan demək olar ki, Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Gürcüstanla da vəziyyət eynidir.

Azərbaycan isə müstəqilliyini qazandıqdan sonra hər zaman balanslaşdırılmış siyasət yürüdərək hər iki qütblə münasibətləri yaxşı səviyyədə saxlayıb. Rusiya hazırda Cənubi Qafqazda zəifləyən mövqeyini qorumağa çalışır. Nəinki Cənubi Qafqazda, post-sovet ölkəsi olan on beş respublikada Rusiya öz sözünü keçirmək istəyir. Rusiya-Ukrayna müharibəsinin də səbəbi məhz Rusiyanın Ukraynada təsir imkanının zəifləməsi, Ukraynanın Qərbə yönəlik siyasəti idi.

Rusiyanın on beş respublikada öz hökmranlığını qorumaq istəyi mümkün olan şey deyil. Müstəqil ölkələr gündən-günə inkişaf edir. Hansı dövlətin maraqlarında Rusiya ilə əməkdaşlıq varsa, davam edəcək. Lakin Cənubi Qafqazda Rusiya ilə ən doğru münsibətləri məhz Azərbaycanın saxladığını deyə bilərəm. Cənubi Qafqazda olan ən böyük problemlərdən biri Ermənistanla Azərbaycan arasında olan münaqişə idi. Və bu münaqişə 44 günlük Vətən müharibəsi ilə həll olundu. Sadəcə kiçik problemlər qalıb ki, onların da həll olunmasında Rusiya Qərbin vasitəçilik etməsini istəmir. Bu kontekst ətrafında sanki Qərb-Rusiya yarışı başlayıb. Hər iki tərəf sülh müqaviləsinin öz vasitəçiliyi ilə bağlanmasında maraqlıdır. Hətta bunun üçün sülhə belə maneə olurlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv