!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda YENİ MÜNAQİŞƏ OCAĞI: “Rusiyanın bu planı gerçəkləşdirmək cəhdi...”

!Reklam – Yazi

“Yeni münaqişə ocaqlarının yaranması Rusiyanın Gürcüstan, Ermənistan və bütövlükdə regiondakı marağından asılı olacaq”.

Bu fikirləri Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra regionun dəyişən siyasi mühitini və yeni münaqişə ocaqlarının yaranma ehtimalını dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın separatçı Abxaziya ərazisində hərbi-dəniz bazası tikmək niyyəti regionda yeni münaqişəyə səbəb ola bilər:

“Qarabağda keçirilən son antiterror tədbirlərindən sonra bölgənin mənzərəsi dəyişdi və siyasi addımlara yenidən müəyyən korrektələr edildi. Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərqərar etdikdən sonra Rusiyanın bölgədəki siyasətinin, o cümlədən, maraqlarının dəyişməsi kimi müxtəlif tendensiyaların şahidi oluruq.

Rusiyanın sülhməramlı kontingentinin Qarabağdakı mövcudluğu şəraitində Azərbaycanın mülki obyektlərə və dinc əhaliyə ziyan vurmadan antiterror əməliyyatı keçirərək xunta rejiminin varlığına son qoyması orada yaşayan ermənilər, hətta bütövlükdə Qərb üçün böyük sürpriz oldu. Çünki bu, postsovet məkanında ilk belə hadisə idi.

Eyni zamanda, qonşu Gürcüstanda da hazırda maraqlı proseslər cərəyan etməkdədir. Gürcüstan təhlükəsizlik orqanları ard-arda bəyanatlar yayaraq ölkədə yeni inqilab ssenarisi hazırlandığını bildirir. Çox güman ki, yaxın aylarda Gürcüstanda ciddi siyasi proseslərə şahid olacağıq.

Bu ərəfədə Rusiya beynəlxalq hüquq baxımından Gürcüstan ərazisi sayılan Abxaziyada hərbi-dəniz bazası yaratmaq planını açıqlayıb. Rusiyanın sözügedən niyyəti açıqlandıqdan sonra Gürcüstan rəsmi olaraq bəyan etdi ki, bu, onun suveren hüquqlarının pozulmasıdır. Ancaq görünən budur ki, Rusiya o məsələdə israrlıdır və həmin planı həyata keçirəcək.

Bundan sonra Gürcüstanın vəziyyəti daha da müərəkkəbləşəcək. Başqa sözlə, Ukraynada gedən müharibə fonunda Qara dənizdə yeni münaqişə ocağı yarana bilər. Bu isə Rusiyanın Gürcüstan, Ermənistan və bütövlükdə regiondakı marağından asılı olacaq. Azərbaycan isə həssaslığın xeyli artdığı şəraitdə prosesləri öz xeyrinə dəyişərək ərazisindəki separatizm “ocağını” sondürdü”.

Səxavət Məmməd

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv