!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çərşənbə söhbətləri": "Fotoqrafiya Sənəti" mövzusunda müzakirə - FOTO

!Reklam – Yazi

1 Dekabr, 2021-ci il tarixində Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən “Çərşənbə söhbətləri” çərçivəsində “Fotoqrafiya Sənəti” mövzusunda söhbət həyata keçirilib.

Söhbət sənəti ilə Türkiyədə səs salmış, xüsusi ilə Eskişəhər xalqı tərəfindən sevilən, sayılan Cənubi Azərbaycanlı fotoqraf Haadi Mousavi tərəfindən keçirilib. Tədbirdə 50-dən çox gənc və dərnək üzvləri, universitetin müəllim heyəti iştirak edib və hər kəs tərəfindən həyəcanla dinlənilən söhbət sonrası iştirakçıların sualları cavablandırılıb. Söhbət zamanı fotoqraf sənətinin fərqliliyi, xüsusiyyətləri, öz təcrübələri haqqında danışıb və bu sənətlə yeni məşğul olan və ya olmaq istəyən gənclər ilə dəyərli məsləhətlərini paylaşıb. Tədbirin sonunda dəyərli spiker Eskişehir Azərbaycanlılar Dərnəyi Başqanı Cavid Aydın tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Haadi Mousavi 2013-cü ildən etibarən fotoqrafiya sənəti ilə maraqlanıb və özünü inkişaf etdirib. Onun səs gətirən əsəri Eskişəhərin ən gözəl mənzərəsinə sahib olan yerlərindən biri olan Kanlıkavak parkında çəkilmişdir. Onun əsərləri Eskişəhər xalqı tərəfindən maraqla izlənir.
Qeyd edək, “Çərşənbə söhbətləri” hər həftə, həftənin 3-cü günü, yəni, çərşənbə günləri, saat 20.00-da həyata keçirilməkdədir. Hər həftə fərqli qonaqlar tərəfindən fərqli mövzularda təlim, seminarlar təşkil edilir. Keçən həftə, yazıçı Nur Türk və Arzu Dinçer tərəfindən “Türk Mədəniyyətində Qadının Önəmi” haqqında söhbət həyata keçirilmişdir.

Qeyd edək ki, Eskişehir Azərbaycanl;lar Dərnəyi 2010-cu ildə yaradılmışdır. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdirmaq olan dərnək bugünə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirmişdir.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv