!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəsur Döyüşçünün dəfnindən 2 il keçir - FOTO / VİDEO

!Reklam – Yazi

Vətən müharibəsinin qəhrəmanı, Şəhid Vüsal Aftandil oğlu Məmmədovun dəfn olunmasından 2 il keçir.

Ailəsi tərəfindən verilən Şəhidin ehsanında yaxınları, ictimai xadimlər, Binəqədi RİH-nin nümayəndələri iştirak edib.

Şəhid Vüsal Məmmədov 2020-ci il oktyabr ayının 12-də Şəhid olub, nəşi isə 28 noyabr tarixində ailəsinə təhvil verilərək 29 noyabr tarixində Binəqədi qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

Qeyd edək ki, bu il “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 44 günlük Vətən savaşında qəhrəmancasına şəhid olan Vüsal Aftandil oğlu Məmmədova həsr olunan “Cəsur Ürək” adlı sənədli filmi hazırlanaraq ictimaiyyətə təqdim olunub.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv